Dərc edildi: Baxış sayı: 648
Rusiya mətbuatı Anardan yazdı
Rusiyanın məşhur “Adme.ru” saytı azərbaycanlı stilist Anar Ağakişiyev haqda yazıb. “Qafqazinfo”nun məlumatına görə, “Baxın görün, Azərbaycandan olan stilist necə asanlıqla qadınlara özgüvənini qaytarır” başlıqlı məqalədə həmyerlimizin əl işləri təqdim edilib.
“Anar Ağakişiyev – vizajist, modelyer-parikmaxer, stilist və sadəcə Bakıdan olan sehrbaz. O, təkcə yaşlı qadınların üzünü 20 il cavanlaşdırmır, həm də gənc qızların defektlərini düzəldə bilir. Biz məqaləmizdə onun sevinc gətirən və ümid verən işlərinin ən yaxşı nümünələrini toplamışıq”, - deyə sayt materialda qeyd edib.
Məqalədə stilistin əl işi olan 23 dəyişimi təqdim edilib.
H.M.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət