Slimfit
  1. AZƏRBAYCAN

Rusiya limanına azərbaycanlının adı verilir

Rusiya limanına azərbaycanlının adı verilir
Sakura

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportunun əfsanəvi…

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportunun əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacağı rəsmən təsdiqlənib.

Axar.az xəbər verir ki, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələri bu gün elan edilib.

Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı. Beş milyona yaxın rusiyalının iştirak etdiyi səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb. Nijnivartovsk hava limanı üçün ad seçimi layihənin ikinci turunda davam edəcək.

Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi.

Qeyd edək ki, ötən həftə F.Salmanovun səsvermədə liderlik etməsi və artıq Surqut hava limanının F.Salmanovun adını daşıyacağına heç bir şübhə olmadığı haqda qeyri-rəsmi məlumat yayılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR