Dərc edildi: Baxış sayı: 1143
Rusiya KİV: Ermənilər Xankəndindən qaçır
Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, insanlar kütləvi şəkildə Ermənistanın paytaxtı Yerevana göndərilir.
“Onları elə-belə göndərirlər, paytaxtda mütləq qarşılanacaqlarını söyləyirlər. Yerevan səlahiyyətliləri qarşılanmanı təşkil edəcək”, - məlumatda deyilir.
Polis bəzi insanların təxliyyəsinə yardım edir, yoldan keçən maşınları saxlayıb sürücülərdən tanımadıqları insanları şəhərdən çıxarmalarını istəyirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət