Slimfit
  1. AZƏRBAYCAN

Rusiya KİV Avroliqanın finalından yazdı: Klopp səhv deyir, Bakı gözəldir

Rusiya KİV Avroliqanın finalından yazdı: Klopp səhv deyir, Bakı gözəldir
Sakura

Rusiya KİV Avroliqanın finalından yazdı: Klopp səhv deyir, Bakı gözəldir

Bakı - dünyanın ən təhlükəsiz, qonaqpərvər və mətbəx baxımından gözəl şəhəridir.

Bu fikirlər “Liverpul” klubunun alman baş məşqçisi Yurgen Kloppun fikirlərinə cavab olaraq “Moskovskiy Komsomolets” qəzetində dərc olunan məqalədə yer alıb. 

Xatırladaq ki, bir müddət öncə Klopp Avropa Liqasının finalının Bakıda keçirilməsini sərt tənqid etmişdi. 

Məqalənin müəllifi Aleksey Lebedev bildirib ki, “Liverpul” klubunun baş məşqçisi səhv deyir:

“Birincisi, (Y.Klopp düz danışmır - red.) ötən il Kiyevdə keçirilən Çempionlar Liqasının finalı haqqında danışarkən deyib ki, bu, pis dəb halını alıb və guya Avropanın bu hissəsindən olan komandalar “ora heç cür çata bilməzlər”. Əgər alman keçmiş Sovet İttifaqı ölkələrini nəzərdə tutursa, baş turnirdə (yəni ÇL-da) olmasa da, ikincidə (Avroliqada, əvvəllər UEFA Kuboku adlanırdı) Rusiya və Ukrayna komandaları XXI əsrdə həlledici oyunlarda meydana çıxıblar.

Hətta - Moskva MOİK-i də, Peterburq “Zenit”i də, Donetsk “Şaxtyor”u da kubok alıblar (Dneprin eyniadlı komandasının isə bəxti gətirməyib).

Deyin, bu, çoxdan olub? Bax, bu hətta yaxşıdır! Burada da Klopp ikiqat səhv edir, çünki neytrallıq prinsipi, əslində, əladır. Əgər Çempionlar Liqasının finalı şənbə günü Madriddə keçirilsəydi və “Liverpul” ya “Atletiko”, ya da “Real” ilə qarşılaşsaydı, görəsən, o, belə deyərdi?!

Rusiya kubokunun təşkilatçısı olan Rusiya Futbol Birliyi, düşünürəm ki, müdrik hərəkət edib və 2019-cu ildə həlledici oyunun Samarada keçirilməsi qərarını verib. Moskvada “Lokomotiv”ə qarşı oynamaq Yekaterinburq “Ural”ı üçün ədalətsiz olardı”, - müəllif yazıb. 

A.Lebedev Bakıya səfərin ingilis fanatları üçün baha başa gəlməsi iddiaları ilə razılaşmayıb.

Buna misal olaraq, o, Avropa üçün Azərbaycandan da uzaq olan Yaponiyada 2015-ci ildə dünya çempionatının keçirilməsini göstərib. 

Müəllif bir müddət əvvəl Azərbaycana etdiyi səfəri xatırlayaraq qeyd edib ki, Bakı dünyanın ən tolerant, təhlükəsiz və qonaqpərvər şəhəridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR