Slimfit
  1. DÜNYA

Rusiya kəşfiyyatı "Discord"da oyunçu söhbətlərinə sızır - "Microsoft" prezidenti

Rusiya kəşfiyyatı "Discord"da oyunçu söhbətlərinə sızır - "Microsoft" prezidenti
Sakura

Rusiya kəşfiyyatı "Discord"da oyunçu söhbətlərinə sızır - "Microsoft" prezidenti

Son aylarda Rusiya kəşfiyyatının və "Vaqner"çilərin oyunçu çatlarına, o cümlədən "Discord" platformasına daxil olması halları baş verib.

Redaktor.az "easternherald.com"a istinadla xəbər verir ki, bunu "Microsoft" prezidenti Bred Smit bu gün Dünya İqtisadi Sammiti 2023 konfransında çıxış edərkən deyib.

"Oyunçular birliyi var. Onlar bir-biri ilə danışırlar, o cümlədən oyun oynadıqları zaman. Son aylarda rəqəmsal təhlükələrin təhlili zamanı komandamız Rusiyadan bəzi oyun icmalarına sızmaq cəhdlərini aşkar edib. Bu barədə səlahiyyətlilərə məlumat verdik. Bu, Vaqner idi - Rusiya kəşfiyyatı. Onlar məlumat yaymaq üçün bu platformalardan istifadə edirlər. Bu kanallar arasında "Minecraft Discord" kanalı və digərləri var” - o, bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ mediası Pentaqonun məxfi sənədlərinin "Discord" oyun platforması vasitəsilə sızdırıla biləcəyi barədə məlumat yaymışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR