Slimfit
  1. SİYASƏT

Rusiya İrəvana yerini göstərdi: Qarabağ mövqeyi...

Rusiya İrəvana yerini göstərdi: Qarabağ mövqeyi...
Sakura

Rusiya İrəvana yerini göstərdi: Qarabağ mövqeyi...

Qarabağ konfliktinin mərhələli həll planının vacibliyi, işğal edilmiş torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün toxunulmazlığından açıq bəhs etməklə Rusiya öz mövqeyini nümayiş etdirdi, Ermənistana öz yerini göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında CBC televiziyasının aparıcısı, Azərbaycandakı Rus İcmasının sədr müavini Anastasiya Lavrina deyib.

“Ermənistan hər şeyi və hər kəsi görməzdən gələrək, dünyaya bəlli olan faktları inkar edir və Rusiya ilə qarşıdurmaya gedir. Birmənalı olaraq bu, Ermənistan üçün ən ağır nəticələrə gətirib çıxara bilər. Bütün sərhədləri tam bağlı qalan və özünü etibarlı tərəfdaş kimi göstərib, rus qazına endirim almaq istəyən ölkə bu cür düşünülməmiş bəyanatlar verir. Rusiya bu cür müraciətlərin izsiz keçəcəyi ölkə deyil. Bu o deməkdir ki, ikili münasibətlərdə daha böyük soyuma gözləmək lazımdır. Bununla bərabər Ermənistanın daxilində fərqli qruplar arasında və işğal edilmiş Dağlıq Qarabağda separatçılarla böyük toqquşmalar gözləmək lazımdır. Günbəgün vəziyyət pisləşir. Mövcud rejimin əleyhdarları hər şeyi edirlər ki, Baş nazir Paşinyanı devirsinlər. Paşinyan öz imici və statusunun qorunması üçün provokativ bəyanatlara getmək məcburiyyətindədir. Paşinyan həmvətənlərinin, müttəfiqlərinin ümidlərini doğrultmadı və indi zaman onun əleyhinə işləyir”, – deyə o bildirib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR