Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
Avropa “strateji məsuliyyəti” öz üzərinə götürməli və çox qısa müddətdə qitəni təkbaşına müdafiə etmək iqtidarında olmalıdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrrell “İki müharibə arasında Avropa” adlı kitabında bildirib.
Avropanın baş diplomatı hesab edir ki, Avropa Birliyinin “Avropa müdafiəsində paradiqma dəyişikliyinə” ehtiyacı var:
"Biz təhlükəsizliyimizi çox uzun müddətdir ABŞ-a həvalə etmişik. Avropanın mövcud iqtisadi sistemi sülh dövründə yaxşı işləyirdi, lakin indi Rusiyanın Ukraynaya hücumuna görə və Kreml daha da irəli gedərsə, dəyişikliklərə ehtiyac olacaq.
Amerikanın Avropada iştirakı daha az olduqca, bu müharibə Avropa Birliyi üçün ekzistensial təhlükə yaradır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət