Dərc edildi: Baxış sayı: 532
Rusiya İranın tərəfini saxladı: Ziddiyyət var!
Səudiyyə Ərəbistanı "Aramko"ya məxsus zavodların vurulması ilə bağlı ziddiyyətli açıqlamalar verir, nəticəyə varmaq üçün tələsmək lazım deyil.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Nəticəyə dərhal varmayaq, ziddiyyətli açıqlamalar var. Ənsarullah (Husilər) hərəkatı məsuliyyəti üzərinə götürdü. ABŞ İranın məsuliyyət daşıdığını deyir. Əlimizdə dəqiq bir tablo yoxdur", - Nebenzya qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət