Dərc edildi: Baxış sayı: 609
Rusiya: İran gərginlik yaratmamalıdır
Moskva Tehranı nüvə müqaviləsi ətrafında gərginlik yaratmamağa çağırır.
Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndələrinin rəhbəri Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, bu cür fəaliyyət yaxşı nəticələnməyəcək:
“İranın mayın 8-də verdiyi bəyanata anlayışla yanaşırıq. Biz İranı eskalasiya yolu ilə getməməyə çağırırıq, çünki bu, çətin ki, yaxşı nəyəsə gətirib çıxarsın”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət