Dərc edildi: Baxış sayı: 350
Rusiya ilə sərhədi bağlamayacağıq - Latviya
Latviya hazırki dönəmdə Rusiya və Belarusla sərhədi tam bağlamağı planlaşdırmır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Latviya daxili işlər naziri Rixard Kozlovskis deyib.
O bildirib ki, ölkənin müvafiq qurumları qeyri-qanuni miqrant axını dinamikasını diqqətlə izləyir:
“Əgər situasiya radikal şəkildə dəyişsə və milli təhlükəsizliyə təhdid yaransa, mümkündür ki, Latviya şərq sərhədlərini tamamən bağlasın. Hərçənd elə plan yoxdur”.
Qeyd edək ki, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün buraxılış məntəqələrini bağlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət