Dərc edildi: Baxış sayı: 685
Rusiya hələ müharibəni bitirməyib - Saakaşvili
Rusiyanın 2008-ci ildə Gürcüstana hücumunun əsas səbəbi əsl Avropa dövləti yaratmağımız idi.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Rusiya o zaman heç bir strateji hədəfinə çata bilmədi. Moskva Gürcüstanın avrosiyasi kursunu dayandıra bilmədi, gürcü dövlətini sındırmağı bacarmadı”, - o bildirib.
Onun sözlərinə görə, Rusiya hələ də Gürcüstana qarşı müharibəni bitirməyib:
“Rusiya 2008-ci ildə hərbi güclə edə bilmədiyini 2012-ci ildə İvanişvilini hakimiyyətə gətirməklə etdi. Ona görə də İvanişvili və adamlarının dedikləri Putinin gürcü xalqına qarşı müharibəsinin davamıdır. Onlar birbaşa Rusiya təbliğatının şablonlarını həyata keçirirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət