Dərc edildi: Baxış sayı: 572
Rusiya futbolunda koronavirusa ilk yoluxma baş verdi
Rusiya "Lokomotiv"inin futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.
"Report"un məlumatına görə, bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib. O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və həkim məsləhətləri əsasında müalicə olunacağını bildirib.
Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. "Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.
Qeyd edək ki, ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət