Dərc edildi: Baxış sayı: 483
Rusiya Futbol İttifaqına yeni prezident seçilib
"Zenit"in Direktorlar Şurasının sədri Aleksandr Dükov Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti seçilib.
"Report" xəbər verir ki, səsvermə qurumun Növbədənkənar Konfransında baş tutub. Dükov RFS prezidenti vəzifəsinə seçkidə yeganə namizəd olub. O, yeni postda Vitali Mutkonu əvəzləyib.
Dükovu RFS-ə daxil olan müxtəlif regional federasiyalarla yanaşı, Premyer Liqa klubları da dəstəkləyib.
Qeyd edək ki, Vitali Mutkonun RFS prezidenti vəzifəsindən istefası dekabrın 19-da açıqlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət