Slimfit
  1. TARİX

Rusiya erməniləri ən ağır şəkildə niyə cəzalandırdı? - Tarixi faktlar

Rusiya erməniləri ən ağır şəkildə niyə cəzalandırdı? - Tarixi faktlar
Sakura

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperi belə deyib: “Əgər bir insan sənə görə kimisə satıbsa,…

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperi belə deyib: “Əgər bir insan sənə görə kimisə satıbsa, onunla həyatını bağlamağa gərək yoxdur. Çünki o, gec, ya tez, səni də kiməsə görə satacaq”.

Ötən gün saytımızda ermənilərin türkləri satmasına dair məqalə dərc olunub. Həmin illərdə ermənilər türkləri ruslara görə satıb. Bu yazını isə heç də təsadüfən Ekzüperinin sözləri ilə başlamadıq. Belə ki, bu gün Axar.az ermənilərin artıq ruslara qarşı xəyanətləri ilə bağlı tarixi sənədləri təqdim edir:

XIX əsrdə III Aleksandr erməni millətçiliyinə qarşı qətiyyətli addımlar qəbul edib. Həmin illərdə III Aleksandr Daxili İşlər naziri Tolstoya müvafiq göstərişlər verib. Bundan sonra hökumətin əmri ilə demək olar ki, bütün ermənilər yüksək dövlət vəzifələrindən kənarlaşdırılıblar. 1885-ci ildə 160 erməni kilsə məktəbi bağlanılıb. 1889-cu ilin martında erməni tarixi və coğrafiyasının məktəblərin tədris planından çıxarılmasına dair çar fərmanı qüvvəyə minib.

II Nikolayın dövründə isə erməni kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanmasına qərar verilib. Rus Pravoslov Kilsəsi isə onu lənətləyib.

Qeyri-ixtiyari sual yaranır, bəs niyə ruslar hər zaman onlara xidmət edən erməniləri belə sərt şəkildə cəzalandırıblar?

Tarixi sənədlərə əsasən, bu sərt tədbirlər rus dövlətçiliyinin təməllərini sarsıtmaq istəyən daşnakların məkrli niyyətlərinə adekvat cavab olaraq seçilib.

İş burasındadır ki, Birinci Rusiya İnqilabı ərəfəsində Qafqazdakı bir çox erməni kilsə və kilsə məktəblərində gizli silah yerləri, sursat və qeyri-qanuni mətbəələr aşkar edilib. Çar hökuməti Qafqazda baş verən iğtişaşların xaricdən idarə olunduğunu və başda Daşnaksütyun olmaqla, erməni təşkilatları tərəfindən icra edildiyini üzə çıxarıb.

1903-cü ilin oktyabrında Hnçak Partiyasının üzvü Qafqazda Qriqori Qolitsın adlı çar nümayəndəsini yaralayır. Başından xəncər yarası alan Qolitsın tezliklə dünyasını dəyişir. Gəzən şayiələrə görə, terrorçular knyazın başını kəsmək və Tiflisdəki İrəvan meydanında nümayiş etdirmək istəyiblər.

Məsələ burasındadır ki, hələ 1897-ci ildə knyaz Qolitsın təhlükəli tendensiyanı çarın diqqətinə çatdırıb. Söhbət Tiflis və Bakıda ermənilərin bütün hakimiyyəti ələ keçirməsindən gedir.

Qolitsının məktubundan: “Ermənilər özlərindən həddən artıq razıdırlar. Onların kilsəsi yerli əhalini inqilaba təşviq edir”.

Bundan sonra knyaz erməni kilsələrinin mülklərini sekvestr qoyur və şəhər seçkilərindən ermənilərin tamamilə uzaqlaşdırılması barədə göstəriş verir. Rusiya dövlətçiliyinin təhlükəsizliyinin qeydinə qalan knyaz bunun əvəzini həyatı ilə ödəyir.

Erməni terrorçuların dövlət məmurlarına qarşı davamlı sui-qəsdləri II Nikolayı Daşnaksütyunu sistemli dağıdıcı fəaliyyətinə görə qadağan etməyə məcbur edir.

Erməni “Çetnik” və terrorçularının XIX əsrin ortaları, XX əsrin əvvəllərində törətdiyi zülmlərə qarşı akademik-ilahiyyatçı mitropolit Makariy, kilsə tarixi doktoru Aleksandr Anninski, İmperator Elmlər Akademiyasının müxbir üzvü Nikolay Kapterev, “Moskovskiye vedomosti” qəzetinin redaktoru, professor Anton Budiloviç, məşhur qafqazşünas Kanadayev, Rusiyanın Türkiyədəki Baş konsulu general Vladimir Mayevski kimi şəxslər yazıb.

Təəssüflət olsun ki, bu gün Rusiyada sözügedən müəlliflərə çox az hallarda müraciət olunur və rus tarixinin bu səhifəsi boş olaraq qalıb. Elə ermənilərin apardığı məkrli təbliğatın da əsasını ziyalıları erməni terrorunun qurbanı olmuş xalqa yaltaqlanmaq təşkil edir.

Qeyd: Tarixi faktları Axar.az-a Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova təqdim edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR