Rusiya əlavə neft anbarlarının tikintisi imkanlarını araşdırır
Rusiyanın Energetika Nazirliyi inşasının iqtisadi səmərəlilik və layihənin dəyəri baxımından ölkədə neft anbarlarının tikintisi imkanlarını araşdırır.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya mətbuatı ölkənin Energetika nazirinin müavini Pavel Sorokina istinadən xəbər verir.
"Anbarların yaradılması məsələsi hazırda sənaye şirkətləri ilə birlikdə Energetika Nazirliyi tərəfindən fəal şəkildə işlənilir", - deyə P. Sorokin qeyd edib.
Onun sözlərinə görə, aparılan araşdırmaların nəticələrinə əsasən, əlavə saxlama anbarlarının tikilməsinin məqsədəuyğunluğunu müəyyənləşdirmək mümkün olacaq. Anbarların tikiləcək yerləri və onların saxlama həcmləri aparılan araşdırmalar nəticəsində müəyyən ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox