Slimfit
  1. DÜNYA

Rusiya əhalisi 1 il ərzində peyvəndlənəcək

Rusiya əhalisi 1 il ərzində peyvəndlənəcək
Sakura

Rusiya əhalisi 1 il ərzində peyvəndlənəcək

Monoklonal antikorlar istehsalını davam etdirən üç müəssisə köməyimizlə texnologiyamızı şəbəkələrinə yerləşdirdilər.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq bildirib ki, rusiyalıların ehtiyacı olan peyvənd dozası 9-12 ay ərzində başa gələ bilər.

"Əsas bizim ölkənin tələbatını təmin etməkdir. Mən əminəm ki, bu 9-12 aya başa gələr" - deyən Ginsburq vurğulayıb ki, ilk preparatları ölkənin 10-15 regionu alacaq. O, həmin regionların adını açıqlamayıb.

Rusiya peyvəndinin istehsal texnologiyası monoklonal antikorların istehsalına bənzərdir.

"Monoklonal antikorlar istehsalını davam etdirən üç müəssisə köməyimizlə texnologiyamızı şəbəkələrinə yerləşdirdilər" - deyən tədqiqat mərkəzinin rəhbəri bildirib ki, yaxın ay yarımda hər bir müəssisə hər ay milyon doza pevənd istehsal edəcək.

Bir müddət əvvəl RF Səhiyyə Naziri Mixail Muraşko bildirmişdi ki koronavirusdan peyvəndi ilk olaraq, müəllimlər və həkimlər alacaq.

 

Mənbə: Sputnik.Az

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR