Dərc edildi: Baxış sayı: 318
Rusiya Dövlət Dumasının vitse-spikeri Azərbaycana gələcək
Rusiya Dövlət Dumasının vitse-spikeri Sergey Neverov sentyabrın 20-də Azərbaycana səfərə gələcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.
"Vitse-spiker Neverov ilə birlikdə sentyabrın 20-də Azərbaycana səfər etmək niyyətindəyik", - L.Kalaşnikov deyib.
Səfər zamanı tərəflərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət