Slimfit
  1. İQTİSADİYYAT

"Rusiya Dəmir Yolları" qara metalın Azərbaycandan ixracı üçün tarifləri azaldacaq

"Rusiya Dəmir Yolları" qara metalın Azərbaycandan ixracı üçün tarifləri azaldacaq
Sakura

"Rusiya Dəmir Yolları" qara metalın Azərbaycandan ixracı üçün tarifləri azaldacaq

 Rusiyada 2019-cu il yanvarın 1-dən etibarən qara metalın Azərbaycanla sərhəddə yerləşən Samur stansiyası vasitəsilə ixracı üçün xüsusi tarif şərtləri tətbiq olunacaq.

"Report" xəbər verir ki, "Rusiya Dəmir Yolları" (RDY) İdarəsi "tarif dəhlizi" çərçivəsində 2019-2020-ci illər üçün yük daşınması tariflərinin səviyyəsini azaltmaqla bağlı bir sıra qərarlar qəbul edib.

Qərarlardan biri ölkə xaricinə göndərilən metallurgiya müəssisələrinin məhsullarına aiddir.

RDY-nin məlumatında qeyd olunur ki, Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kasik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.

RİA-nın məlumatına görə, onlar iki il müddətinə götürülür ki, bu da yükdaşımalar üçün nəqliyyat xərclərinin proqnozlaşdırılmasını təmin edəcək və gələcək üçün malların daşınma həcmini sabit tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR