Dərc edildi: Baxış sayı: 395
"Rusiya Dəmir Yolları" Azərbaycandan taxıl daşınmasına endirimləri müəyyənləşdirib
"Rusiya Dəmir Yolları" ASC Gürcüstan və Azərbaycan istiqamətində taxıl yüklərinin daşınmasına endirim tətbiq edilməsinə qərar verib.
"Report" RDY-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2019-cu il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.
Qeyd edək ki, bundan əvvəl RDY qara metalların ixrac məqsədli daşınmasına endirimlər tətbiq etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət