Slimfit
  1. DÜNYA

Rusiya Çindən 80 milyon tibbi maska alır

Rusiya Çindən 80 milyon tibbi maska alır
Sakura

Rusiya Çindən 80 milyon tibbi maska alır

Rusiya cari ilin aprel ayında Çindən daha 80 milyon üçqatlı tibbi maska və 1 milyon Tyvek tipli qoruyucu geyim alacaq.

Report” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev deyib. Onun sözlərinə görə, tədarük aylıq müqavilələr əsasında həyata keçiriləcək.

Bundan əvvəl Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib ki, Rusiya bir həftə ərzində Çindən 37 milyon tibbi maska alıb. Bundan başqa regionlardakı ehtiyacları ödəmək üçün isə daha 55 milyon tibbi maska alınması planlaşdırılır.

Onun sözlərinə görə, Çindən tədarük və ölkənin daxili istehsalı hesabına Rusiya gündəlik çatışmazlıqları aradan qaldırmalı, bölgələr tibbi maskalarla təmin olunmalıdır.

Xatırladaq ki, martın 23-də Çindən Rusiyaya 25,5 milyon tibbi maska gətirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR