Slimfit
  1. SİYASƏT

Rusiya bu qərarı ilə Bakıya da haqsızlıq edir - Politoloq

Rusiya bu qərarı ilə Bakıya da haqsızlıq edir - Politoloq
Sakura

Rusiya bu qərarı ilə Bakıya da haqsızlıq edir - Politoloq

Bu, səhv yanaşmadır. Bu gün Rusiya özünü SSRİ-nin qanuni varisi hesab edir. Müəyyən mənada bu məsələdə haqlıdır. Çünki SSRİ dağıldıqdan sonra bu dövlətin bütün öhdəliklərini Rusiya öz üzərinə götürdü. Lakin bu, Rusiyanın Konstitusiyada özünü Böyük Vətən müharibəsinin qalibi kimi göstərməsinə haqq qazandırmır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu il Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək Konstitusiya dəyişiliklərinə dair referendumda Rusiyanın Böyük Vətən müharibəsinin qalibi kimi göstərilməsi ilə bağlı təklifini şərh edərkən deyib.

Politoloq bildirib ki, SSRİ təkcə Rusiyadan ibarət bir ölkə deyildi:

“Sovet İttifaqı ordusunun 40-45 faizini qeyri-ruslar təşkil edirdi. Bu ölkədə birləşən 15 respublikanın hər biri müharibə zamanı istər iqtisadi, istərsə də canlı qüvvə ilə böyük güc sərf edib. Ölkəmizin müharibədəki payı isə danılmazdır. Sirr deyil ki, müharibənin taleyini Bakı nefti həll edib. Müharibə zamanı Azərbaycan cəbhəyə yüksək oktanlı yanacaq, parafin, silah-sursatı fədakarlıqla göndərən Bakı olub.

İkinci Dünya müharibəsində yalnız Azərbaycandan 700 min insan iştirak edib və onlardan yarıdan çoxu həlak olub. Nəzərə alsaq ki, həmin vaxt Azərbaycanın əhalisi 2 milyondan bir az çox idi, onda bu rəqəmin necə fantastik olduğunu təsəvvür etmək çətin olmaz. Yəni faktiki olaraq Azərbaycan xalqının hər bir ailəsi bu savaşda iştirak edib: ya ön cəbhədə döyüşüb, ya da arxa cəbhədə müharibə üçün gecə-gündüz çalışıb. Bu mənada bu gün Rusiyanın belə bir qərar qəbul etməsi SSRİ-nin tərkibində olan digər respubliakaların fədakarlıqlarına hörmətsizlikdir”.

Politoloq həmçinin qeyd edib ki, müharibənin başlanmasında SSRİ-nin də rolu olduğunu unutmaq olmaz:

“Müharibənin başlamasında Almaniya qədər SSRİ-nin də payı var. Bunun bariz nümunəsi SSRİ ilə Almaniya arasında imzalanan Molotov-Ribbentrop paktıdır. Paktın əsas məqsədi SSRİ ilə Almaniya arasında qarşılıqlı hücum etməmə idi. Digər tərəfdən, tərəflər bir-birinin maraqlarına, əməllərinə hörmətdə etməli idi. Yəni Almaniya bir ərazini işğal etsə, SSRİ və ya əksinə SSRİ bir başqa ərazini işğal etsə, Almaniya tanımalı idi. SSRİ-nin bu əməlləri faktiki olaraq Almaniyanın hücum istiqamətini Fransaya çevirməsinə gətirib çıxartdı”, - deyə o bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR