Slimfit
  1. DÜNYA

Rusiya benzin idxalını məhdudlaşdıra bilər

Rusiya benzin idxalını məhdudlaşdıra bilər
Sakura
:0

Rusiya benzin idxalını məhdudlaşdıra bilər

Rusiya hökuməti ucuz benzininin daxili bazara idxalının qarşısını almaq üçün xaricdən neft məhsullarının alınmasını müvəqqəti qadağan etmək istəyir.

Report” xəbər verir ki, bu barədə “RBC” nəşri yanacaq bazarındakı iştirakçıya istinadən məlumat yayıb. Məlumatı həmçinin, üç federal məmur da təsdiqləyib.

Qeyd olunur ki, məhdudiyyətlər aprel ayında tətbiq ediləcək. Lakin, əvvəlcə qərar şirkətlərə elan ediləcək və daha sonra qanunvericilik səviyyəsində konsolidasiya baş verəcək.

Xaricdən benzin idxalına qoyulan qadağa 2020-ci ilin sentyabr ayına qədər nəzərdə tutulub. Çünki, Rusiya Federasiyası Energetika Nazirliyinin proqnozlarına görə, bu dövrədək neftin qiymətləri aşağı olacaq.

Nəşrin məlumatına görə, Rusiya Energetika Nazirliyi oxşar təkliflə çıxış edib və təklif Baş nazirin müavini Yuri Borisov tərəfindən dəstəklənib.

Energetika naziri Aleksandr Novakın sözlərinə görə, hazırda Avropada benzinə tələbat bəzi ölkələrdə koronavirusla mübarizəyə görə təxminən 70% azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR