Slimfit
  1. HƏRB

Rusiya Bakıya bu silahları verməyə hazırdır - Korotçenko

Rusiya Bakıya bu silahları verməyə hazırdır - Korotçenko
Sakura

Azərbaycanın Rusiyadan aldığı birinci sinif silahlar hər hansı üçüncü bir ölkəyə qarşı yönəlməyib

Azərbaycanın Rusiyadan aldığı birinci sinif silahlar hər hansı üçüncü bir ölkəyə qarşı yönəlməyib.

Axar.az xəbər verir ki, bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Vestnik Kafkaz” saytına müsahibəsi zamanı “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etmiş Ermənistanın təcavüzündən qorunmaq üçün mütəmadi şəkildə özünün müdafiə qabiliyyətini möhkəmləndirir.

“Demək istəyirəm ki, bu gün Azərbaycan dünyanın ən yaxşı silahlarını – Suriyada real döyüş şəraitində sınaqlardan keçmiş rus silahını əldə edir. Azərbaycanın aldığı bütün silahlar birinci sinif silahlardır və rus silahının köməyi ilə Azərbaycan birinci sinif hərbi-siyasi status qazanır. Müasir dünyada hərbi potensial çox şey ifadə edir. Son onilliklərin bütün hadisələri bunu sübut edir. Bizim hərbi-texniki əməkdaşlıq sahəsində münasibətləri inkişaf etdirmək üçün çox gözəl potensialımız var. Bununla belə, qeyd etmək istəyirəm ki, Azərbaycana rus silahlarının çatdırılması hər hansı üçüncü bir ölkəyə qarşı yönəlməyib”, - Korotçenko bildirib.

“Bu gün dünyada, o cümlədən Xəzər dənizi və Cənubi Qafqaz regionlarında təhdidlərin kəskin artdığı bir şəraitdə Azərbaycanın hərbi potensialının güclənməsi hər şeydən əvvəl bütün xarici təhdidlərə qarşı dövlətin müdafiə qabiliyyətinin artırılması anlamına gəlir. Bununla yanaşı Azərbaycanın qarşısına vahid hava-kosmik müdafiə sistemi yaratmaq məqsədi qoyması faydalı olardı. ABŞ və İsrailin İrana qarşı mümkün əməliyyatları Azərbaycan ərazisinə də toxuna bilər. Əraziləri hücumlardan, o cümlədən təsadüfi raket və aviasiya zərbələrindən mütləq qorumaq lazımdır. Bunun üçün tərkibində böyük S-400 zenit raket sistemləri qruplarının olduğu etibarlı hava-kosmik müdafiə sistemi ilə yaxın və orta mənzilli rus HHM sistemləri lazımdır. Bu sistemlər birlikdə bütün yüksəkliklər üzrə istənilən hava təhdidinə qarşı müdafiə imkanı verəcəkdir”, - ekspert bildirib.

Ekspertin sözlərinə görə, Rusiya həmçinin Azərbaycana sərhəd ətrafında bir neçə yüz kilometr məsafədə səmanı müşahidə etməyə imkan yaradacaq radiolokasiya sistemi və bütün qərarların ani zaman kəsiyində qəbul edilə bilməsi üçün avtomatlaşdırılmış hərbi idarəetmə sistemi verməyə hazırdır.

“Regionda bu növ əməkdaşlığa misal kimi Türkiyəyə S-400 satılması ilə bağlı müqaviləni göstərmək olar. Yalnız müəyyən sayda seçilmiş dövlətlər S-400 kompleksləri ala bilərlər. Rusiya bu sistemi heç də istənilən ölkəyə satmaq fikrində deyil. Azərbaycan bunun üçün imkanı olan ölkələrdəndir və S-400-lərin çatdırılmasından sonra onun siyasi və hərbi avtoriteti daha da artacaqdır. Biz həmçinin Bakıya müasir Su-30 və MiQ-35 qırıcıları sata bilərik və bu əməkdaşlıq üçün çox perspektivli bir istiqamət olardı. Bununla yanaşı Azərbaycan Silahlı Qüvvələrinin tələbatı nəzərə alaraq rus zirehli texnikasının hər şeydən əvvəl isə BTP-82-lərin satışına davam etmək olar”, - Korotçenko qeyd edib.

“Milli müdafiə” jurnalının baş redaktoru həmçinin Bakıda Beynəlxalq Humanitar Forum keçirmək ənənələrini yüksək qiymətləndirib:

“Bu forum qlobal xarakter daşıyır və sivilizasiyanın problemləri ilə bağlı əsas sualları qaldırır. Mövzu və iştirakçıların tərkibi – Azərbaycanın yüksək statusunun və onun ciddi məsələlərin müzakirə olunduğu beynəlxalq tədbiri təşkil edən rəhbərliyinə olan hörmətin göstəricisidir. Burada Rusiya Federasiyasını təmsil edən xanım Qolodeçin iştirakı, Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbriki isə Rusiyanın bu tədbirə göstərdiyi diqqətin göstəricisidir”.

“Böyük rus nümayəndə heyəti burada rus ictimai-siyasi mühitinin bütün sahələrini, o cümlədən hökumət və mütəxəssislərini təmsil edir. Bunun özü də tədbirin statusunun göstəricisidir. Dünyada bu cür problemləri qaldıracaq və sonradan aparıcı dövlətlərin nümayəndələrini bu problemlər ətrafında müzakirələr aparmağa dəvət edə biləcək kifayət qədər az dövlət var. Azərbaycanın nüfuzu baxımından bu, çox vacib və statusu olan bir tədbirdir”, - Korotçenko bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR