Slimfit
  1. SİYASƏT

Rusiya aviasiya təchizatı ilə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı

Rusiya aviasiya təchizatı ilə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı
Sakura

Rusiya aviasiya təchizatı ilə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı

Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığın geniş spektrli istiqamətləri, o cümlədən aviasiya təchizatı üzrə danışıqlar aparmağa hazırdır.

Report” xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.

“Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya Federasiyasının çoxdankı tərəfdaşıdır. Bu əməkdaşlıq ölkələrimiz arasında davamlı və sistemli şəkildə inkişaf edir. Bu baxımdan həmkarlarımızla əməkdaşlığın geniş spektrli istiqamətlərini, o cümlədən aviasiya mövzusunu müzakirə etməyə hazırıq”, - FHTƏX-nin rəsmi nümayəndəsi Mariya Vorobyova deyib.

Daha əvvəl Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrində olublar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR