Slimfit
  1. DÜNYA

Rusiya-ABŞ müharibəsi başlayacaq?

Rusiya-ABŞ müharibəsi başlayacaq?
Sakura

Rusiya-ABŞ müharibəsi başlayacaq?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalına şərhində deyib ki, Vaşinqton Kiyevi silahla təmin etdiyi üçün Rusiya və ABŞ müharibənin astanasındadır. 

Qeyd edək ki, ABŞ başda olmaqla bir neçə NATO ölkəsi Ukraynaya Rusiyanın hərbi təcavüzündən müdafiəsi üçün zəruri silahlar göndərir. Bütün bunlar isə göründüyü kimi Rusiyanı narahat edir.

Bəs, Rusiya ilə ABŞ arasında nüharibə ola bilərmi?

Ens.Az-ın məlumatına əsasən,məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, ABŞ Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak eləmir.

Onun sözlərinə görə, Ukraynaya hər cür yardım göstərməklə həm Amerika Birləşmiş Ştatları, həm də onun müttəfiqləri Rusiya-Ukrayna müharibəsində dolayı yolla iştirak edirlər və bəzi mütəxəssislər bunu vəkalət müharibəsi adlandırır:

"Yəni Amerika Birləşmiş Ştatları və müttəfiqləri Ukraynaya vəkalət veriblər ki, Rusiya ilə müharibə aparsın. Burada bu müharibənin gedişində hadisələr nəzarətdən çıxa bilərmi və Rusiya ABŞ ilə birbaşa müharibə vəziyyətinə gəlib çıxa bilərmi? Bu ehtimal çox azdır. Həm ABŞ, həm də Rusiya yaxşı anlayır ki, iki super dövlət arasında müharibənin olması dünyanın sonu deməkdir. Və təbii ki, bunu nə Amerika, nə də Rusiya istəmir. Bir-birinə hədə-qorxu gəlirlər, çəkindirməyə çalışırlar. Ukraynanı və Rusiyanı qane edəcək sülhə gətirməyə çalışırlar. Ancaq birbaşa müharibə vəziyyətinin yaranması və onların arasında hərbi toqquşmanın olması təbii ki, qeyri-mümkündür".

Siyasətçi hesab edir ki, Rusiya və Ukrayna arasında sülh üçün cəbhədə ciddi uğura ehtiyac var.

"Hələlik ortada bir neçə dövlətin sülh planı var. Ukrayna "torpaqlar azad olunmalıdır" tələbini qoyur. Rusiya torpaqlar azad olunmadan danışıqlara başlanmasını istəyir. Çin də Rusiyanın bu mövqeyini müdafiə edir və hesab edir ki, torpaqlar azad olunmadan Rusiya-Ukrayna danışıqları başlanmalıdır. Ancaq bir şey aydındır: Ukrayna, yaxud Rusiya ciddi hərbi uğura nail olana qədər bu müharibə davam edəcək və tərəfləri sülh danışıqları aparmağa məcbur etmək mümkün olmayacaq. Ümid eliyək ki, Ukrayna planlaşdırdığı əks hücum əməliyyatı nəticəsində işğal olunmuş 18 faiz ərazisinin xeyli hissəsini ən azı azad edəcək və bu, Rusiyanı sülh danışıqları aparmaq məcburiyyətində qoyacaq. Bu nəticə Azərbaycanın da dövlət maraqlarına cavab verir", - deyə A.Səmədov bildirdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR