Dərc edildi: Baxış sayı: 692
Rusiya ABŞ-ın sanksiyalarını tanımadı - "İran ilə iş birliyimiz davam edəcək"
Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsi Zamir Kabulov ABŞ-ın İran Beynəlxalq Bankına qarşı tətbiq etdiyi sanksiyaları "qeyri-qanuni" adlandırıb.
Metbuat.az rus mediasına istinadən bildirir ki, Kabulov sanksiyalara baxmayaraq Rusiyanın mövqeyinin dəyişməyəcəyini, Rusiyanın Tehran ilə bankçılıq sektorunda iş birliyinə də davam edəcəyini qeyd edib.
Qeyd edək ki, ötən günlərdə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Aramco"ya aid təsislərə edilən hücumlardan sonra ABŞ prezidenti Donald Tramp açıqlama verərək, bu hücumlarda İranın günahkar olduğunu və İran Beynəlxalq Bankına sanksiya tətbiq etdiklərini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət