Slimfit
  1. DÜNYA

Rusiya 5 İsveç diplomatını qovdu

Rusiya 5 İsveç diplomatını qovdu
Sakura

Rusiya 5 İsveç diplomatını qovdu

Rusiya İsveçə cavab olaraq bu ölkəninbeş diplomatını ölkədən çıxarır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd ediblib ki, mayın 25-də İsveçin Moskvadakı səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb:

"İsveç səfirinə məlumat verilib ki, Rusiya tərəfi cavab olaraq beş İsveç diplomatını, o cümlədən İsveçin Moskvadakı səfirliyinin müdafiə attaşesinin üç əməkdaşını persona non qrata elan etmək qərarına gəlib".

Həmçinin, sentyabrın 1-dən Rusiya Federasiyası İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür və həmin gündən Rusiyanın Göteborqdakı Baş Konsulluğu da işini dayandırır.

“Rusiya tərəfi İsveçin Rusiya Federasiyasına qarşı yürütdüyü qarşıdurma kursunu nəzərə alaraq, 2023-cü il sentyabrın 1-dən Rusiya Federasiyasının Göteborqdakı Baş Konsulluğunun fəaliyyətini dayandırmaq qərarına gəlib. Eyni zamanda, İsveç diplomatik nümayəndəliyinin rəhbəri missiyaya məlumat verilib ki, Rusiya tərəfi İsveçin Sankt-Peterburqdakı konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb”, - Rusiya XİN-dən bildiriblər.

Xatırladaq ki, aprelin 25-də İsveçin xarici işlər naziri Tobias Billström Stokholmun beş rus diplomatını ölkədən çıxarmaq qərarına gəldiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveç tərəfinin hərəkətlərini şərh edərək, bu addımı güclənən anti-Rusiya kursunun bir hissəsi adlandırıb və Moskvanın cavabı ilə bağlı xəbərdarlıq edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR