Dərc edildi: Baxış sayı: 380
Rusiya və İran 2019-cu ildə hərbi sferada əməkdaşlıq planını razılaşdırıblar
Rusiya və İran 2019-cu ildə hərbi sferada əməkdaşlıq planını razılaşdırıblar.
Axar.az xəbər verir ki, bu barədə sənəd Tehranda keçirilən hərbi əməkdaşlıq üzrə ikitərəfli qrupun ikinci iclasında imzalanıb. Razılaşmaya Rusiya nümayəndə heyətinin rəhbəri Rusiya Silahlı Qüvvələr Baş Qərargah rəisinin müavini İqor Osipov və İran Baş Qərargah rəisinin müavini Qədir Nizami imza atıblar.
Qeyd edək ki, Moskva və Tehran arasında hərbi əməkdaşlıq barədə razılaşma 2015-ci ilin yanvarında imzalanıb. O zaman bu razılaşmaya Sergey Şoyqu və Hüseyn Deqan atmışdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət