Dərc edildi: Baxış sayı: 348
Rus qoşunlarını çıxarsaq da, savaş bitməyəcək - Skibitski
Ukrayna yalnız döyüş meydanında müharibənin qalibi ola bilməz. Hətta Ukrayna rus qoşunlarını 1991-ci il sərhədinə çıxarsa belə, bu müharibə bitməyəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
Onun sözlərinə görə, belə müharibələr yalnız razılaşmalarla bitə bilər:
“İndi hər iki tərəf potensial danışıqlar öncəsi daha sərfəli mövqe tutmağa çalışır. Lakin məzmunlu danışıqlar 2025-ci ilin ikinci yarısından başlaya bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət