Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rus ordusundan imtina edən, 30 ermənini öldürən şəhid - Bəhruz Nuriyevin doğum günüdür

Rus ordusundan imtina edən, 30 ermənini öldürən şəhid - Bəhruz Nuriyevin doğum günüdür
Sakura

Rus ordusundan imtina edən, 30 ermənini öldürən şəhid - Bəhruz Nuriyevin doğum günüdür

Ona bəzən əfsanəvi döyüşçü deyirlər. Çünki Bəhruz Nuriyev döyüş meydanındakı cəsarəti, igidliyi ilə bu adı qazanmışdı. "Azərbaycan Bayrağı" ordeni kavalerinin doğum günüdür. Yaşasaydı 48 yaşı olacaqdı…

Bəhruz Nuriyev 1971-ci il iyulun 7-də Ağdamın Kəngərli kəndində anadan olub. Bakıda 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olsa da onun rəsmləri peşəkar rəssamların diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də karate və boksla məşğul olub.
1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinə qəbul olan Nuriyev 1989-cu ilin dekabrında hərbi xidmətə yollanıb. 1990-cı il 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.

Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirdikdən sonra özü şəhid olub. Bəhruzun sərrast atma qabiliyyəti olduğu üçün o, daha çox düşməni məhv edə bilirdi. 1993-cü ildə 30 ermənini sıradan çıxaran Nuriyev bütün döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Təəssüflər olsun ki, ona Milli Qəhrəman adı verilməyib.



Anası Nadiyə xanımın dediklərindən:

“Bir ilə yaxın idi ki, nişanlı idi. Toyuna hazırlaşırdıq. Amma o, hər dəfə deyirdi ki, tələsməyin, az qalıb. O qədər düşüncəli, hamını nəzərə alan idi ki, buna görə də həmişə ondan nigaran idim. Bəhruz ölüm xəbəri gələndə 3 gün şokda olmuşam. Deyilənə görə, onu sevənlər dəfnini çox yüksək səviyyədə keçiriblər”.

Bəhruz Nuriyevə “Azərbaycan bayrağı” ordeni verilib. Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış “Vətənə sipər oğul” kitabçası da var. Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır.


B.Nuriyevin oxuduğu məktəbdəki büstü 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR