Dərc edildi: Baxış sayı: 311
Rus ordusu Xarkovun mərkəzini vurdu: yaralılar var
Mayın 5-də Pasxa bayramında Rusiya ordusu Xarkovun mərkəzini atəşə tutub, yaralılar var
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Xarkov şəhər meri İqor Terexov Teleqram səhifəsində yazıb ki, partlayış yaşayış massivində baş verib.
“İlkin olaraq beş yaralı ilə bağlı məlumat var. Yaralıların sayı artmaqdadır”, - Terexov vurğulayıb.
Xarkovun mərkəzinin atəşə tutulmasından əlavə, fərdi yaşayış evi də vurulub.
Daha iki nəfər xəsarət alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət