Slimfit
  1. DÜNYA

Rus ordusu İrkutska göndərildi: Putin də ordadır

Rus ordusu İrkutska göndərildi: Putin də ordadır
Sakura

Rus ordusu İrkutska göndərildi: Putin də ordadır

Rusiyanın Mərkəzi Hərbi Dairəsinin birləşmələri daşqınlardan əziyyət çəkən əhaliyə kömək məqsədilə İrkutsk bölgəsinə göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat katibi Sergey Şorin danışıb.

Məlumata görə, Sibir Federal Dairəsinin və İrkutsk qubernatorunun müraciəti ilə müvafiq qərarı Mərkəzi Hərbi Dairənin komandiri general polkovnik Aleksandr Lapin qəbul edib. Hərbi qulluqçular və texnika Kemerovo əyalətindən Nijneudinsk bölgəsi istiqamətində yola düşüb.

Qeyd edək ki, ötən gündən İrkutskda güclü yağışlar səbəbindən sel evləri aparıb. Rəsmi məlumata görə, ən azı 5 nəfər ölüb.

Prezident Vladimir Putin də Osakadan təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR