Dərc edildi: Baxış sayı: 406
Rus kəşfiyyatı Trampı dinləyib – Şok iddia
ABŞ Prezidenti Donald Trampla bu ölkənin Avropa Birliyindəki səfiri Qordon Sondlend arasında yay aylarında baş tutan telefon danışığı böyük ehtimalla xarici kəşfiyyat orqanları tərəfindən dinlənilib.
Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mark Polimeropulos deyib.
Onun sözlərinə görə, dinləməni həmçinin Rusiyanın xüsusi xidmət orqanlarının həyata keçirməsi istisna olunmur.
“Əgər doğrudursa, səfir Sondland və Prezident Tramp arasındakı telefon danışığı ənənəvi əks-kəşfiyyat metodlarının açıq şəkildə pozulmasıdır. Belə yüksək səviyyədə bu cür təhlükəli bir telefon söhbəti baş verməməli idi”, - Polimeropulos bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət