Slimfit
  1. MARAQLI

Rus genetik dünyada ilk dəfə ev tülküsünü necə əhliləşdirdi?

Rus genetik dünyada ilk dəfə ev tülküsünü necə əhliləşdirdi?
Sakura

Ev tülküsünün yaranması vəhşi heyvanların təkamülünün yeni mərhələsi oldu

50 illik təcrübələrdən sonra rus genetikinə, qədim insanların min illər ərzində əldə edə bilmədiklərini etmək müyəssər oldu. Novosibirsk yaxınlığındakı bir fermada, alim Dmitri Belyaev, əvvəl heç kimin görmədiyi bir şeyi yaratmaq üçün yüzlərlə tülkü seçərək bir neçə nəsil üzərində əhliləşdirilmiş tülkü  yetişdirdi:. Onun məqsədi insanların bir dəfə vəhşi itləri ev heyvanlarına, sadiq dostlarına və köməkçilərinə çevirə bildikləri prosesi yenidən yaratmaq idi. Və bunun digər növlərlə də mümkün olub-olmadığını anlamaq. Bəs rus alimi bütün bunlara necə nail oldu?

Tülkünü necə əhliləşdirmək olar??

Məqsədinə çatmaq üçün Belyaev, bütün Rusiyanın xəz fermalarında tapa biləcəyi ona görə, ən itaətkar tülküləri seçdi. Sonra o hər dəfə yalnız ən əhliləşdirilmiş fərdləri seçərək onları bir neçə  nəsil ərzində yetişdirirdi. Bu, dövrümüzdə, damazlıq məqsədilə yeni heyvan cinsləri yaratmaq üçün seleksiyaçıların və ya qədim fermerlərin ən yüksək məhsuldarlıqla ən dözümlü bitkiləri yetişdirdikləri prosesə bənzəyir.

Genetik, bu metodikanın tülkünün əhliləşdirilməsi üçün də uyğun olduğunu müəyyən etdi. Onun təcrübəsi 1950-ci illərin sonlarında (!) başladı və 2000-ci illərin əvvəllərində fermadakı demək olar ki, bütün tülkülər davranış dəyişikliklərini göstərdi, BBC yazır. Onlar praktik olaraq aqressiv deyildilər, insanın varlığına adekvat reaksiya verirdilər və onların  əlindən qida qəbul edirdilər. 

Tülkülər təcrübənin başlamasından təqribən 50 il sonra aqresaiya əlamətləri göstərməyi dayandırdılar

Ümumiyyətlə, tülkü əhliləşmə üçün ən çətin heyvanlardan biri hesab olunur. Kimsə buna müvəffəq olursa, deməli, bir qayda olaraq, bu qayda istisna olmaqla, maksimum 1-2 tülküdür. Lakin Belyaev, ev tülkülərinin tamamilə yeni növlərini yetişdirə bildi. Onlar vəhşi tülkülərdən daha çox itlərə bənzəyirlər - quyruqlarını bulayır və insanların yanında canlanır və tülkülərə, eləcə də digər vəhşi heyvanlara xas olan qorxu və ya aqressivlik göstərmirlər. Bundan əlavə, əzizlənməkdən, sığallanmaqdan xoşlanırdılar, təlimçilərin üzlərini yalayırdılar - bu davranışların hamısı sosiallaşmış itlərə xasdır.

Bütün bunlar heç bir hazırlıq və tədqiqatçıların kənar müdaxiləsi olmadan əldə edildi. Etdikləri yeganə şey, onların fikrincə, insanlara daha yaxşı uyğun olan tülküləri seçərək yetişdirmək idi.

Dünyada ev tülkülərinin ilk ferması

Təbiətinə görə, tülkü əsl yırtıcıdır və onların rasionuna kiçik gəmiricilər və hətta ilanlar da daxil olmaqla 400-dən çox müxtəlif heyvan növləri daxil olur. Bu halda, onlarda bir çox təbii düşməni var, porsuqlar, canavarlar, vaşaqlar və ayılar kimi. Qeyd edilir ki, ev tülküləri ov etmək imkanını itirmədilər, sadəcə onlar insanla harmoniyada yaşamağa başladılar. 

Oreqon ştatının Portland şəhərindəki Koncordia Universitetinin elm və ekologiya  jurnalistikası üzrə professoru fermada olub ev tülkülərini öz gözləri ilə görə bildi.

Genetik səviyyədə bir insanla təmasa can atırdılar, o deyir ki -  tülkünün insana bu qədər bağlılığını mən heç vaxt  görməmişəm.

Ev tülküləri yalnız davranış dəyişikliklərilə fərqlənmir. Vaxt keçdikcə bu tülkülər fərqli görünməyə başladılar: qulaqları yumşaldı, ayaqları, quyruqları və ağzı daha qısa, kəllələri isə daha geniş oldu. Hətta onların artım vərdişləri də dəyişdi, ndi onlar mövsümdən kənar cütləşirdilər və orta hesabla daha bir əlavə nəsilə malik idilər. 

Əhliləşdirilmiş tülkülər daha çox itlərə daha bənzəməyə başladılar

Yəqin ki, bunun səbəbləri seleksiya yolu ilə tülkülərdə baş verən nevroloji və endokrinoloji dəyişikliklərdədir, hazırda fermaya nəzarət edən Rusiya Elmlər Akademiyasının Sitologiya və Genetika İnstitutundan Lyudmila Trutun məqaləsi deyilir. 

Bu materialda əhliləşmənin səbəb olduğu dəyişikliklərə baxış əks olunub və vəhşi tülkülərə nisbətən ev heyvanlarının beynində fərqli kimyəvi maddələrin olduğu göstərilir. Məsələn, onların böyrəküstü vəziləri belə aktiv deyil, amma ev tülküləri serotoninin daha yüksək səviyyəsinə malikdirlər. Serotonin, ehtimal ki, aqressiv davranışın yatırılmasında əsas rolu oynayır..

İstənilən heyvanı əhliləşdirmək olarmı?

Tülkülərdə, itlərdə olanlara bənzər fiziki dəyişikliklər, davranış seçiminin yan təsiridir. Qulaqlarının sallanması böyrəküstü vəzilərin yavaşlaması nəticəsində baş verə bilər və digər fiziki fərqlər də müəyyən simptomlara səbəb olan hormon səviyyəsindəki fərqlərlə əlaqəli ola bilər. İtlərlər, yüzlərlə nəsillər ərzində yəqin ki, eyni proseslərdən keçdi, sonra da tədricən bizimlə birlikdə yaşamağa uyğunlaşdı.

Belyaevin təcrübəsi göstərir ki, insanların əhliləşdirmə  nəzəriyyələri nəinki dəqiqdir, həm də işə yarayır; faktiki olaraq, təkamül qövsünü öz xeyrimizə əymişik. Üstəlik, yeni növlərin evlənmə prosesi nəinki onların davranışlarına təsir göstərir; əhliləşdirilməsinin prosesi yalnız onların davranışına təsir etmir; əhliləşdirilmə onların görünüşünü dəyişdirir və onların həyatının ritmlərini dəyişdirir. Deməli, məsələ tək tülkülərlə məhdudlaşmayacaq.

Mənbə: hi-news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR