Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Rus dili dərslikləri ilə bağlı problem yoxdur - Açıqlama

Rus dili dərslikləri ilə bağlı problem yoxdur - Açıqlama
Sakura

Rus dili dərslikləri ilə bağlı problem yoxdur - Açıqlama

Sentyabrın 5-dən başlayaraq, orta ümumtəhsil məktəblərində dərsliklərin paylanmasına başlanılıb.

Amma nədənsə rus dili dərsliyinin alınması hər il olduğu kimi, bu ildə 104, 73, 278, 196 və s. saylı məktəblərdə valideynlərin öhdəsinə buraxılıb. Həmçinin, rus dili fənnini tədris edən müəllimlər də metodik vəsaitləri özləri almalıdır.

Bunun səbəbini öyrənmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Milli.Az-ın məlumatına görə, qurumdan modern.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, 2018-2019-cu tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri dərslik və müəllimlər üçün metodik vəsaitlərlə dövlət vəsaiti hesabına tam təmin edilib:

"Bu, ikinci xarici dil kimi tədris olunan fənlərə şamil edilmir.

 

Müəllimlər üçün metodik vəsaitlər yerlərə elektron qaydada göndərilib. İkinci xarici dili tədris edən müəllimlər həmin elektron metodik vəsaitdən istifadə edə bilərlər.

Qeyd olunan 104, 73, 278 və 196 nömrəli tam orta məktəblərdə rus dili fənni ikinci xarici dil kimi tədris olunur. Digər bütün ümumi təhsil müəssisələri isə rus dili fənni dərsliyi və müəllim üçün metodik vəsaitlərlə tam təmin edilib".

Təhsil Nazirliyinin məlumatına görə, dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR