Dərc edildi: Baxış sayı: 540
Rus deputat Rustavi-2-də Tiflisi aşağıladı
Gürcüstanın Rustavi-2 televiziyasının jurnalisti ilə Rusiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy arasında mübahisə yaşanıb.
Axar.az xəbər verir ki, mübahisəyə səbəb jurnalistin Abxaziya və Cənubi Osetiya ilə bağlı Tolstoya verdiyi sual olub. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb və Tolstoy jurnalistə müraciət edərək, “Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstanın olmayacaq”, cavabını verib.
“Bu ölkələrin xalqları daha Gürcüstanda yaşamağa hazırlaşmırlar. Rusiya onların müstəqilliyini müdafiə edəcək. Bura heç vaxt sizin əraziləriniz olmayacaq”, - rus deputat deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət