Dərc edildi: Baxış sayı: 579
Rus analitik: “Azərbaycan tərəfinə pərdəarxası izahatlar verilib”
“Düşünürəm ki, Lavrovun Paşinyanla razılığa gəlməsi üçün Azərbaycan tərəfinə pərdəarxası izahatlar verilib”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı analitik Vadim Dubnov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana iki günlük rəsmi səfərinə toxunarkən bildirib.
Dubnovun sözlərinə görə, Lavrovun İrəvanda dediklərinin hamısını diplomatik etika çərçivəsində dəyərləndirmək olar.

“Ev sahiblərinin xoşuna gələ biləcək şey, Lavrovun “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan, Ermənistan və Qarabağ (?) xalqları üçün məqbul həll yolu” bəyanatı idi. Bu bəyanatla bağlı hesab edirəm ki, artıq Azərbaycan tərəfinə pərdəarxası açıqlama verilib. Üstəlik hesab edirəm ki, yaxın günlərdə Bakıya da səfər ediləcək və bu səfər İrəvanda olduğu kimi sevilən mühitdə baş tutacaq. Rus tərəfi Azərbaycanın siyasi xadimlərinə borclu olduğu şeyi Bakı səfərində qaytaracaq”, - deyə analitik qeyd edib.
Ermənistan-Rusiya münasibətlərində qeydə alınan son yenilikləri, 102-ci hərbi bazanın gücünün iki dəfə artırılması bioloji təhlükəsizlik sahəsində rus-erməni birgə razılaşmanın hazırlanması nəzərə alaraq, Dubnov bildirib ki, bunlar tərəflər arasında yalnız yalnız ritual nailiyyətlərdir.
“Mənim fikrimcə, Gümrüdəki rus hərbi bazası hərbi amil deyil. Bu tamamilə ritual xarakter daşıyır. Laboratoriyalarla bağlı isə deyim ki, aydın və məlumdur ki, orada heç kim heç bir şey aşkarlamağa hazırlaşmır. Laboratoriyalarla bağlı məsələ Ermənistanın Rusiyaya sadiqliyini nümayiş etditmək üçün həyata keçirilməli olan vacib bir tədbir idi, vəssalam. Bu bənzər laboratoriyalara sahib olan və Rusiya ilə bu cür razılaşmalara malik olmayan digər paytaxtları İrəvanla müqayisə etdikdə diqqət çəkən məqam idi”, - deyə Dubnov bildirib.
Onun sözlərinə görə, rus-erməni münasibətlərindəki ziddiyyətlərlə bağlı cəmiyyətdəki şübhələri və bəzi dairələrin bu fürsətdən istifadə etmə imkanlarını bağlamaq İrəvan üçün vacib idi.
Dubnov hesab edir ki, indiki mərhələdə Paşinyan buna nail ola bilsə də, bu səfər son səslənən akkordlardan biri idi.
“Bu “yaradıcılığa” nail olmaq mümkün olub. Bu daxili auditoriya üçün nəzərdə tutulub. Erməni-rus münasibətləri baxımından isə bu münasibətlərdə nəyi dəyişməyin lazım gəldiyini bir o qədərdə başa düşmürəm. Əgər real danışsaq, çox şey dəyişmək olardı, lakin ciddi şəkildə nəyisə dəyişməyin mümkün olacağını düşünmürəm. Hakimiyyətlər daxilində fərdi ünsiyyətlərin yaradılması məsələsinin həll edildiyini deyə bilərik. Bu mövzuda tərəflər arasında olan problemlərdən biri idi. Ancaq bizim adlandırdığımız rus-erməni münasibətləri ilə bunun heç bir əlaqəsi yoxdur”, - deyə rus analitik qeyd edib.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən təsdiqlənən Paşinyanın Qarabağla bağlı söylədikləri barədə danışan Dubnov bu ifadələrin çox əhəmiyyət daşıdığını düşünmədiyini bildirib.

Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət