Slimfit
  1. İQTİSADİYYAT

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır
Sakura

Rumıniya Azərbaycan qazının nəqli ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır

Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Rumıniyanın Baş naziri Nikolae Çuke Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması haqqında göstəriş verib.

Layihə Konstansada (Rumıniya) qazın mayeləşdirilməsi stansiyasının tikintisini, qazın boru kəmərlərinə nəqlini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur. "Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, əgər o, səmərəli olsa, Rumıniyanı qonşu ölkələr, ilk növbədə, Moldova üçün qaz mərkəzinə çevirməyə kömək edəcək", - Nikolae Çuke bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR