Slimfit
  1. BİOQRAFİYA

Ruhsəti

Ruhsəti
Sakura

Ruhsəti - Türkiyə şairi

Ruhsadi - əsil adı Məmməd olan kənd şairi.

Sivasın Dəlikdaş qəsəbəsində doğulub və ömrünün tamamını orada keçirmişdir. Atasının adı da Məmmətdir. Əflatun Cəm Güney, anasının adının Səfiyyə olduğunu söyləmişdir.

Ruhsadi, 12 yaşında olarkən kimsəsiz və yetim qalmışdır, bu səbəblə qüvvətli bir təhsili olmamışdır. Şeirlərindəki ifadələrində dörd dəfə evləndiyini və bu evliliklərdən iyirmi üç övladı olduğu anlaşılır. Ruhsadi, uzun müddət Dəlikdaş ağalarından Əli Ağanın yanında əzab durmuşdur. Bəzən dəyirmanda ki su işlərində , bəzən köməkci və çobanlıq işlərində çalışmışdır. Zaman zaman qürbətə gedən Ruhsadi, ömrünün sonlarında kəndində imamlıq etmişdir. Bəzi xutbələri və vaaları səbəbiylə həps edilmişdir. Ruhsadi, badəli bir aşıqdır. Şeirlərində Ruhsad baba, Aşıq Ruhsad, Ruhsad və çox zaman Ruhsadi təxəllüslərini istifadə etmişdir.

Ruhsadi, saz çalmağı bilməyən bir aşıqdır. Ömrü boyunca bir çox aşıqla qarşılaşmış və deyişmişdir.

Ruhsadi, şeirlərinin çoxunu heca vəzni ilə yazmışdır. Ömər, Dərli, Əmrah , Seyrani kimi aşıqlara qoşularaq əruz vəzni ilə yazdığı şeirləri də vardır. Əruz vəzni ilə yazdığı şeirlərində hadisələrə və mistik düşüncələrə yer vermişdir. Ancaq Ruhsadi əsil nailiyyətini heca vəzini ilə göstərmişdir. Şeirlərində ümumi olaraq yarım qafiyədən istifadə emişdir.

Ruhsadinin bədii dili sadədir və şeirlərində məcburiyyət yoxdur. Heca, durma, qafiyyə və rədiflərdə həssas olmuş, məna bütünlüyünə diqqət edərək daha da axıcı və güclü şeirlər söyləmişdir. Şeirində eyni sözləri istifadə etməməyə diqqət etmiş və təkrara yer verməmişdir. Sadəcə ifadəyə qüvvət vermək istəyərkən bu yoldan istifadə etmişdir. Şeirlərində təsvirə olduqca çox yer vermişdir. Kənd şairi olduğu üçün dil xüsusiyyətlərinə bağlı qalmış çox olaraq bölgə sözləri istifadə etmişdir.

Şeirlərinin başlıqları ümumi olaraq xalqın hissləri,inancları,düşüncələri,dərtləri və istəkləri kimi cəmiyyət ifadə edən və fərdi mövzulardır. Şeirləri gənəl olaraq kənd həyatının xüsusiyyətlərini əks etdirmişlərdir. Duyğu və düşüncə aləmi kəntdəki təəssüratları ilə doludur. Eşqi ilahi və bəşəri olmaq üzərə iki yerə ayrılır. İki eşqdəndə bəhs edən şeirlər yazmışdır. Daşlama və tənqidə söykənən şeirləri olduqca çoxdur. Şeirlərində təbiət əhəmiyyətli yer təşkil edir. Din və əxlaq mövzusunda da şeirlər deməyi yaddan çıxartmamışdır.

Ruhsadinin məzarı doğulduğu yer olan Dəlikdaşdadır. Yanında da özündən əvvəl vəfat edən oğlu Aşıq Minhacı yatmaqdadır.

 

Qoşmaları

Öldürür məni
Yaylalar
Sevdiyim
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR