Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ruhin Qəhrəmanov Əşrəf oğlu

Ruhin Qəhrəmanov Əşrəf oğlu
Sakura

Doğum tarixi : 10 oktyabr 1994 Vəfat tarixi: 2 aprel 2016 (21 yaşında)

Ruhin Əşrəf oğlu Qəhrəmanov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub.

Hərbi xidməti

Əsgər Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qəhrəmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR