Slimfit
  1. DÜNYA

Ruhanidən etirazçılara xəbərdarlıq

Ruhanidən etirazçılara xəbərdarlıq
Sakura

Ruhanidən etirazçılara xəbərdarlıq

Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür.

APA-nın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır”, - deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR