Dərc edildi: Baxış sayı: 479
Ruhani Zelenskidən üzr istədi
İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.
Publika.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.
Ruhani sərnişin təyyarəsinin raketlə vurulmasına görə Zelenskidən İran adına üzr istəyib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Ruhani ilə aralarında baş tutan telefon danışığı ilə bağlı Tvitter səhifəsində paylaşım edib.
“Ruhani ilə danışdıq. Təyyarənin vurulmasının qəbul edilməsi doğru addımdır. Qəzada həlak olanların şəxsiyyət vəsiqələrinin dərhal təslim edilməsi və cənazələrinin Ukraynaya göndərilməsi məsələsində təkid edirəm. Günahkarlar cavab verməlidir. Hüquqi və texniki əməkdaşlığı səbirsizliklə gözləyirik”, - Zelenski qeyd edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət