Slimfit
  1. DÜNYA

Ruhani ABŞ tarixi üzrə geniş biliklərini nümayiş etdirdi

Ruhani ABŞ tarixi üzrə geniş biliklərini nümayiş etdirdi
Sakura

Ruhani ABŞ tarixi üzrə geniş biliklərini nümayiş etdirdi

Prezidentin fikrincə, bu hökumət ABŞ tarixində ən pis hökumətdir və öz müttəfiqlərinə, dostlarına və hətta öz insanlarına problem yaradacaq.

 İran Prezidenti Həsən Ruhani Prezident Donald Trampın hökumətini ABŞ tarixində ən pis hökumət adlandırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"ABŞ-da rəhbərliyə terrorizmi dəstəkləyən və fırıldaqçılıqla məşğul olan hökumətin gələcəyini düşünmürdük. Bu hökumət ABŞ tarixində ən pis hökumətdir və öz müttəfiqlərinə, dostlarına və hətta öz insanlarına problem yaradacaq", – deyə Ruhani qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını, 34 hərbçinin xəsarət aldığını bildirib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR