Dərc edildi: Baxış sayı: 425
Ruben Vardanyanın apellyasiya şikayəti rədd edilib
Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışan və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti rədd edilib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət