Slimfit
  1. GÜNDƏM

Ruben Akopyan Paşinyanı istefaya çağırdı

Ruben Akopyan Paşinyanı istefaya çağırdı
Sakura

Ruben Akopyan Paşinyanı istefaya çağırdı

Qarabağda Ermənistan ordusunun sarsıdıcı məğlubiyyəti və ermənilərin nəzarətində olan böyük ərazilərin azad edilməsi fonunda "Akunk" Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Ermənistan parlamentinin sabiq deputatı Ruben Akopyan erməni xalqının xilasını fəaliyyət qabiliyyəti olmayan baş nazir Nikol Paşinyanın könüllü istefasında görür.

Virtualaz.org-un "Ermənistanın səsi"nə istinadən məlumatına görə, sabiq baş nazir Vazgen Manukyanın və 16 siyasi partiyanın təşəbbüsündən sonra Ruben Akopyan da erməni cəmiyyəti üçün dalandan çıxış yolu kimi Dövlət Müdafiə Komitəsinin (DMK) - hansına ki, siyasi, diplomatik və hərbi biliklərə sahib olan təcrübəli mütəxəssislər cəlb olunmalıdır, - yaradılmasını təklif edir.

Tanınmış siyasətçi və analitikin fikrincə, N.Paşinyanın könüllü istefası halında cəmiyyətdə yığılıb qalmış nifrət və kin neytrallaşar və ya azalar: "Nikol Paşinyan istefa ərizəsində xüsusi olaraq vurğulamalıdır ki, bu, ölkə və qələbə naminə edilir. Ermənistan hökumətinin başçısı xalqa müraciətində onu DMK ətrafında birləşməyə çağırmalıdır".

"Akunk" rəhbəri xarici siyasətdə keyfiyyət və aksentləri köklü şəkildə dəyişdirməyi təklif edir. Ermənistan hakimiyyəti Rusiya tərəfi üçün proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş olmalıdır. Vaxtilə RF-nin Yerevandakı səfirliyi qarşısında "Putin-kqbşnikdlr!" qışqıran və Rusiya bayraqlarını yandıranlar könüllü şəkildə özlərini təcrid etməli və ya danışıqlar prosesindən təcrid olunmalıdırlar.

Yeni hakimiyyət isə xalqa müraciət etməli, ölkənin ağır vəziyyətdən çıxmasının dəqiq və real proqramını təqdim etməli və hərbi əməliyyatlarda dönüş yaratmalıdır.

DMK Milli Məclis (MM)  ilə birlikdə müvəqqəti hökuməti 6-8 ay müddətinə formalaşdırmalıdır.

Bu dövrdə MM “Partiyalar haqqında qanun”a və Seçki Məcəlləsinə dəyişikliklər edəcək.

Yuxarıda göstərilən müddətlərdə növbədənkənar parlament seçkiləri təyin edilir. Növbədənkənar parlament seçkilərindən və yeni hökumətin formalaşdırılmasından sonra DMK və müvəqqəti hökumət öz səlahiyyətlərini  dərhal dayandırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR