Dərc edildi: Baxış sayı: 472
Ruasiya XİN-i: “Qarabağ münaqişəsinin həlli Putinin diqqət mərkəzindədir”
Rusiya Xarici İşlər Nazirliyi dekabrın 2-3 tarixlərində Azərbaycana səfər edəcək Sergey Lavrovun səfər proqramını açıqlayıb.
Modern.az Rusiya XİN-nə istinadən xəbər verir ki, səfər zamanı Qarabağ münaqişəsinin həlli və iki ölkə arasında münasibətlər diqqətə alınacaq.
“Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın xarici siyasətdəki prioritetlərindən biridir və prezidentin diqqət mərkəzindədir. Biz münaqişənin yalnız siyasi-diplomatik yollarla, iki tərəfin dialoqu şəraitində həll olunmasını gözləyirik”-deyə açıqlamada deyilir.
Bəyanatda Moskvanın ATƏT-in Minsk Qrupu çərçivəsində və ikitərəfli formatda Bakı və Yerevana yardımçı olacağı da vurğulanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət