Rozasea - Çəhrayi sızanaqlar
Rozasea – üz dərimizdə əsasən burun, yanaq, çənə, alın nahiyyəsində üstünlük təşkil edən, damarlanma (teleanqiektaziya), qızartı (ekzema), iltihabi və irinli səpkilərlə (papula və pustula) xarakterizə olan dəri xəstəliyidir. Rozasea hamıda ola bilər, amma ən çox orta yaşlı qadınlarda rast gəlinir. Diaqnozu klinik (dərinizin görüntüsünə görə) qoyulur. Bəzi hallarda əgər proses gözü də əhatə edirsə və qaşınma çoxdursa dərinizdə dermatoloqunuz dərinizdən və kipriyinizdə Demodex gənəsinin təyini üçün müayinə istəyə bilər.
Müalicəsi.
Bəzi əlamətləri – səpkilər, Rinofima( burunun iri səpkilər nəticəsində deformasiyası – plastik cərrahı müdaxilə ilə) müalicə olunursa da, bəzi əlamətləri- damarlanma( kuperoz, teleanqioektaziyalar), gəlib- gedən qızartı ( damar komponenti hesabına) tez-tez remissiya edir( təkrarlanır). Bu halda müalicənin hədəfi təkrarlanan əlamətləri uzun müddət kontrolda saxlamağa və daha da fəsadlaşmasını qabaqlamağa yönəlikdir.
Dərman müalicəsi.
Antibiotiklər: Daxilə və yerli krem, gel, məlhəm(maz) formasında təyin olunurlar. Daxilə qəbul olunan Antibiotiklərdən həkimlərin birinci seçimi Tetrasiklin qrupundan Doksosiklindir. Həm yan təsiri azdır, həmdə antibakterial təsirdən əlavə rozaseanın müalicəsində işimizə yarayacaq qızartını götürmə xüsusiyyəti də vardir. Yerli vasitələrdən isə Azelaik turşusu və Metronidazol birinci seçimdir. Lakin yuxarıda sadalananlar birinci seçim müalicədir. Xəstəliyin tipindən, ağırlıq dərəcəsindən, dərinizin yağlanmasından asılı olaraq dermatoloqunuz sizə özəl müalicəni təyin edəcəkdir.
Aromatik retinoidlər: Səpkili Rozasea digər müalicələrə tabe olmasa təyin oluna bilər. Güclü yan təsirlərinə görə mütəmadi dermatoloq nəzarəti olmadan qəbul olunması qəti məsləhət görülmür.
Lazer müalicəsi: damarlanma (teleanqioektaziya) və qızartıları azaltmaq məqsədiylə tətbiq edilir. Bu məqsədlə əsasən İPL və PDL lazerlərindən istifadə olunur.
Mənbə : Faderm.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət