Rövşən Binnətlinin yubileyi qeyd olundu
Bu gün Bakı Olimpiya Stadionunda tanınmış idman jurnalisti Rövşən Binnətlinin altmış illik yubileyi qeyd olunub.
Oxu.Az xəbər verir ki, açılış nitqində səbəbkarın işlədiyi “CBC Sport” telekanalının direktoru Volkan Üst Binnətli haqda xoş sözlər deyib.
Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov 2002-ci ildə yaradılarkən qurumun, bu idman növünün tanınmasında Binnətlinin işlədiyi “Lider” TV-nin böyük rolunun olduğunu bildirib.
Daha sonra İqor Ponomaryov İsveçdən bağlantı ilə səbəbkarı təbrik edib. Həmçinin, Olimpiya çempionumuz Zemfira Meftahətdinova, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov və digərləri də səbəbkarı təbrik ediblər.
Sonda Rövşən Binnətli çıxış edərək bütün qonaqlara təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Rövşən Binnətli Qarabağ müharibəsi veteranı olub. O, “Futbol+” da daxil olmaqla, bir sıra qəzetlərdə, “Lider” TV-də işləyib. “Gümüş Qələm” mükafatçısı olan Binnətli Qış və Yay Olimpiya Oyunlarını Azərbaycan tamaşaçılarına öz dilimizdə çatdırmaqla tarixə düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət