Slimfit
  1. SİYASƏT

Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”

Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı artıb”
Sakura

Rövnəq Abdullayev: “SOCAR-ın dəstəyi ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı…

“Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, ən yaxın və qardaş ölkədir”.

Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması üçün qarşıya məqsəd qoyub:

“Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir”.

R.Abdullayev deyib ki, əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər təşkil edirdisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb:

“Bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub. Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub”.

Onun sözlərinə görə, bu gün Gürcüstanda gürcü dili və ingilis dilini bilən kifayət qədər yerli azərbaycanlı mütəxəssislər var:

“SOCAR Gürcüstanda sosial layihələri həyata keçirməkdə davam edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR