Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Rotavirus: varlı və kasıbların bərabər olduğu infeksiyanın simptomları və müalicəsi

Rotavirus: varlı və kasıbların bərabər olduğu infeksiyanın simptomları və müalicəsi
Sakura

Rotavirus: varlı və kasıbların bərabər olduğu infeksiyanın simptomları və müalicəsi

Ens.az bildirir ki, Rotavirus infeksiyası çirkli əl xəstəliyi adlanır.  Demək olar ki, hamı şübhələnmədən  müəyyən yaşda bu xəstəliyi keçirib.  Hesab edilir ki, virus yalnız uşaqlar üçün təhlükəlidir - amma böyüklər də bu infeksiyadan əziyyət çəkirlər və bu, elə də asan ötüşmür.

Rotavirus Stereotipləri

Statistikaya görə, həqiqətən rotavirus infeksiyası nəticəsində uşaqlar daha çox təsirlənir.  Üç yaşadək uşaqların praktiki olaraq 100 faizi xəstələnmiş olurlar.  Bu xəstəlik ən ağır formada, altı aylıq dövrdən  iki yaşadək davam edir.

Bu virus mikroskop altında, latınca rota kimi səslənən təkərə bənzəyir.  Hər il planetdə 125 milyon uşaq rotavirus infeksiyası ilə yoluxur, onlardan iki milyonu xəstəxanaya yerləşdirilir, yarım milyonu isə  ölür.  Bu  statistikanı açıqlayan Rusiyada  bütün gənc anaların ən sevimli həkimi Komarovskidir. Ölümcül nəticə (oxşar statistika inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir) baş verə biləcək ən qorxunc şeydir. Başqa nəticələr də mümkündür:

ishal nəticəsində bədəndə mayenin azalması sinir sisteminə zərər verə bilər (qıcolmanın inkişafı);

bədəndə mayenin olmaması ağciyərlərin fəaliyyətini  pozur - sətəlcəm riskini artırır.

Buna görə, əsas nüans maye miqdarının azalmasının qarşısını almaqdır.  Körpə uşağın olduğu evdə  ailənin  tibbi dərman qutusunda məcburi qaydadada, ağız yolu ilə maye itkisinin doldurulması üçün  vasitə olmalıdır.  Ən sadə seçim evdə özümüzün nəsə  bişirmyimizdir, bunun üçün bizə  lazım olanlar:

Xörək duzu - 3 q;  şəkər - 18 q; 1 litr su.

Digər bir detal: gigiyena səviyyəsi rotavirus infeksiyasının yayılmasına təsir etmir.  Yəni ideal şəraitdə tərbiyə olunan uşaqlar və antisanitariya şəraitində böyüyənlər eyni dərəcədə virusdan təsirlənirlər.  Belə halda  sosial vəziyyət, zənginliyin əhəmiyyəti yoxdur.

Nə etmək olmaz?

Beləliklə, təkrarlayırıq ki, rotavirusla mübarizədə əsas məqsəd bədənin intoksikasiyanın və susuzlaşmanın qarşısını almaqdır. Uşağın nəcisini normallaşdırmaq üçün enterosorbentlər istifadə olunur (Polyphepan, Smecta, Enterosgel və s.).  Bu dərmanlar üç gün ərzində uşağa verilməlidir. Əgər ishal keçməsə, dərhal həkimə müraciət etməlisiniz.  Mütəxəssislər rotavirusun xarici əlamətlərlə  müəyyənləşdirilməsinin çox çətin olduğunu qəbul edirlər.  Xüsusilə həkim olmayan valideynlər. Ancaq laboratoriyada (nəcisə görə) bu asanlıqla  müəyyən edilir.

Xatırlamaq lazımdır ki:

rotavirus nəcis ilə birlikdə bədəni "tərk edir".  Buna görə məsələ, uşağı ishal xəstəliyindən qurtarmaq deyil, vəziyyətini yüngülləşdirməkdir.

Antibiotiklər virus qarşısında gücsüzdür, odur ki, onlardan istifadə etməyin mənası yoxdur.  Üstəlik, onlar bakteriyaların  inkişafına səbəb ola bilər.

Uşaqlarda rotavirus üçün pəhriz

Bədənin virusla mübarizə etdiyi müddətdə menyudan xaric etməlisiniz:

süd məhsulları;

sürətli karbohidratlar (şirniyyat, şokolad, şirələr);

yağlı ət və qatı bulyonlar;

qızardılmış qidalar.

Bu dövrdə sıyıq yeməklər (düyü, yulaf əzməsi), az yağlı tərəvəz şorbaları, çörək qırıntıları istifadə edilməlidir.  Yeri gəlmişkən,  bu müddət ərzində uşağın elə də iştahı olmur.

Böyüklər üçün də  asan deyil

Qeyd etdiyimiz kimi, yetkinlik yaşda olanlar da rotavirusa həssasdırlar.  Üstəlik, virus çox yoluxucudur (çirkli əllərlə ötürülür) bu  deməkdir ki, əgər  ailənin bir üzvü xəstələnsə,  hər kəs yoluxa bilər.  İnfeksiyanın simptomları eynidir: gündə 10 dəfəyə qədər ishal, qusma, zəiflik.  artan susuzluq.

Müalicə üsulları bir-birindən fərqlənmir: bağırsaqlardan toksinləri çıxartmağa kömək edən enterosorbentlərin qəbulu (müalicəvi pəhriz).  Zəhərlənmiş şəxsin ilk iki gündə yemək istəməsi ehtimalı azdır, ancaq bədən özünü  bərpa etməyə başlayan kimi, həddən artıq yüklənməməsi olduqca  vacibdir.  Buna görə bir neçə həftə ərzində aşağıdakıları unutmalısınız:

süd məhsulları;

yağlı ət;

hisə verilmiş ət;

xəmir, şirniyyat.

Həkimlər  yağsız və duzsuz düyü, çörək qırıntıları, toyuq bulyonu, giləmeyvə şirəsi  məsləhət görürlər.

Rotavirus infeksiyasının qarşısını almaq mümkündürmü?  Təəssüf ki, xüsusən tanış mühitinizi dəyişdirdiyiniz zaman (məsələn, başqa bir şəhərə gedərkən və ya səyahət edərkən) heç kim təhlükəsizlikdə  deyil.  Sadə, lakin həmişə faydalı qaydalara riayət etmək lazımdır:

tualetə getdikdən və yeməkdən əvvəl əllərinizi yuyun (təəssüf ki, hər kəs bunu etmir, baxmayaraq ki, pandemiya bəzi şəxsi gigiyena barədə düşünməyə məcbur etdi!);

tərəvəz və meyvələri yeməmişdəndən əvvəl yuyun;

Şübhəli mənbələrdən çiy su içməyin, yadda saxlayın ki, krandan gələn  suyun hamısı təhlükəsiz deyil.  Keyfiyyətinə şübhə edirsiniz?  Şüşə qablarda olanı  alın.

Mənbə: www.passion.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR